09.09.2020
Qobustan rayon mədəniyyət müəssisələrinin növbəti videokonfrans formatında iclası keçirilib. İclasda Qobustan rayonu üzrə nümayəndə Həsrət Şabili və rayonda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin direktorları iştirak edib. Həsrət Şabili tədbirlər planına uyğun olaraq keçirilməsi nəzərdə tutulan tədbirlərin onlayn şəkildə həyata keçirilməsi və hazırlanması barədə göstəriş və tapşırıqlarını verib. Videokonfransda mədəniyyət müəssisələrinin direktorları onlayn fəaliyyətin davam etdirilməsi ilə əlaqədar bir sıra məsələləri müzakirə ediblər.