08.09.2020
Elturan Avalov 1940-cı ildə Bakı şəhərində anadan olub. 1963-cü ildə Azərbaycan Politexnik İnstitutunun memarlıq fakültəsini bitirib. "Şuşanın memarlığı" "Elturan" "Memarın gözü ilə" adlı kitabların müəllifidir. 1991-ci ildə Azərbaycan Respublikası Əməkdar İncəsənət Xadimi adına layiq görülüb. 30-dan çox sərginin iştirakçısıdır. Əməkdar İncəsənət Xadimi, professor Elturan Avalovun Şuşa şəhərinə olan sevgisi, daşlarda yaşayan tarixin gözəlliyini bütün incəliyinə kimi tamaşaçıya çatdıra bilməsi kifayət qədər görünəndir. Elturan Avalov Şuşa sevgisini bu gün də yaşatmaqdadır. Onun yeni yaratdığı əsərlər də bunu təsdiqləyir. Rəssam-memarın ən böyük arzusu Azərbaycanımızın bu ayrılmaz parçasında yerli sənətkarların əli ilə yaradılmış Şuşanın memarlıq tarixini, onun bədiiləşmiş “daş möcüzəsi”ni , gözəlliyini dünyaya göstərməkdir. Qəbələ Dövlət Rəsm Qalereyası Əməkdar İncəsənət Xadimi haqqında geniş videomaterial hazırlayıb. Videomaterialı təqdim edirik.
https://www.facebook.com/ismayilliregional/videos/1291965310978447/?modal=admin_todo_tour