08.09.2020
Azərbaycanın füsunkar təbiətə malik rayonlarından biri də İsmayıllıdır. Eramızın əvvəllərinin və orta əsrlərin yadigarları olan, Girdiman dövlətini idarə edən Mehranilər sülaləsinin görkəmli dövlət xadimi Cavanşirin adı ilə bağlı Cavanşir, həmçinin Qız, Qasımxan, Niyal, XVIII əsrin abidəsi Mustafa xan qalaları və digər tarixi abidələr məhz İsmayıllı rayonunda yerləşir. Lahıc və Basqal qəsəbələrində çox qədim zamanlardan xalq sənətkarlığının inkişafı, milli üslubda tikinti işlərinin aparılması xalqımızın memarlıq ənənələri haqqında canlı təsəvvür yaradır. İsmayıllı rayon Tarix Diyarşünaslıq Muzeyi rayonun təbiəti, tarixi, coğrafi mövqeyi haqqında videoçarx hazırlayıb. Videoçarxı təqdim edirik.
https://www.facebook.com/ismayilliregional/videos/771674143663806/?modal=admin_todo_tour