08.09.2020
Toğrul Fərəczadə 1993-cü ilin 10 oktyabr günündə Ağsu rayonunun Bico kəndində anadan olub. Toğrul Fərəczadə 2016-cı ilin aprel ayında Azərbaycan Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid olub. O, ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib. Ağsu rayon Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən Bico kənd Sənətkarlıq evi şəhid Toğrul Fərəczadənin əziz xatirəsinə həsr olunmuş videorolik hazırlayıb. Videoroliki təqdim edirik.
https://www.facebook.com/ismayilliregional/videos/2717865651759746/?modal=admin_todo_tour