Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Köksümüzdən getməyən yara...

31.08.2020

Bu gün Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qubadlı rayonunu işğal etməsindən 27 il ötür. Erməni işğalçıları 1993-cü ilin avqustun 31-də rayonu zəbt ediblər. Sahəsi 80250 hektar olan və Zəngəzur dağları ilə Dağlıq Qarabağ silsiləsi arasında yerləşən Qubadlı rayonu inzibati vahid kimi 1933-cü ildə yaradılıb.

İşğal ərəfəsində Qubadlı rayonunun əhalisi 29903 nəfər olub. Hazırda rayonun əhalisinin sayı 38 minə yaxındır. Erməni silahlı birləşmələrinin əlindən qurtulmuş insanlar hazırda ölkənin 47 rayon və şəhərində məskunlaşıblar. Rayonun müdafiəsi zamanı 283 könüllü qəhrəmancasına həlak olub, onların yeddisi Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.  İşğal günü ilə əlaqədar Qəbələ rayon Mədəniyyət Mərkəzi və Qəbələ Heydər Əliyev Mərkəzi müxtəlif videoroliklər hazırlayıb. Linklərə keçid edərək videolarla tanış ola bilərsiniz.

https://www.facebook.com/ismayilliregional/videos/1405258309667518/?modal=admin_todo_tour

https://www.facebook.com/ismayilliregional/videos/313184629987827/?modal=admin_todo_tour