27.08.2020
27 avqust 2020-ci il tarixində İsmayıllı Regional Mədəniyyət İdarəsinin növbəti onlayn iclası keçirilib. Videokonfrans formatında keçirilən iclasda İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi Elnur Hüseynov, rəis müavini Azər Abbasov, rayonlar üzrə nümayəndələr və idarənin digər məsul işçiləri iştirak edib.Mədəniyyət Nazirliyinin müvafiq tapşırıqlarına əsasən keçirilən iclasda İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi Elnur Hüseynov müəssisələrin fəaliyyətindən danışaraq,yeni qaydalara uyğun işin gücləndirilməsi, yaradıcı insanların fəaliyyəti, regionun özünəməxsus mədəniyyət istiqamətinin müəyyənləşdirilməsi, işdə şəffaflığın təmin edilməsinin vacibliyini xüsusi olaraq vurğulayıb. Videokonfransda həmçinin elektron xidmətlərin genişləndirilməsi və keyfiyyətinin artırılması, müəssisələrdə ciddi nizam-intizam, xüsusi karantin rejimin tələblərinə riayət edilməsi, müəssisələrin mütəmadi olaraq dezinfeksiya edilməsi, bundan əlavə dekorativ tətbiqi sənətin və sənətkarlığın müxtəlif növlərinin regionda fəaliyyəti üçün tədbirlərin gücləndirilməsi, xalq teatrlarının inkişaf etdirilməsi istiqamətində görüləcək işlərlə bağlı məsələlər müzakirə edilib və müvafiq tapşırıqlar verilib.