26.08.2020
Respublikamızda fəaliyyət göstərən rəsm qalereyalarının iştirakı ilə " Pandemiya dövründə qalereyalarda vətənpərvərlik hissinin təbliği " mövzusunda videokonfrans keçirilib. Videokonfransda Şəki Dövlət Rəsm Qalereyası, Şamaxı Dövlət Rəsm Qalereyası,Astara Dövlət Rəsm Qalereyalarının direktorları iştirak edib. Videokonfransda pandemiya dövründə görülən işlər müzakirə edilib. Qeyd edək ki, videokonfrans Saatlı Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə baş tutub.