Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xalqımızın milli-mənəvi zənginliklərini təcəssüm etdirən- Muğam

26.08.2020

26 avqust Beynəlxalq Azərbaycan Muğamı və Musiqisi Günüdür.

Xalqımızın milli-mənəvi zənginliklərini təcəssüm etdirən muğamlarımızın heyranı yanız biz deyilik. “Çahargah”, “Rast”, “Şur”, “Humayun”, “Segah”, “Bayatı-Şiraz” və digər muğamlarımız dilindən, dinindən, irqindən asılı olmayaraq hər bir musiqisevərin qəlbinə yol tapa bilir. Ona görə də muğamı yalnız Azərbaycanda, Şərq ölkələrində deyil, ümumilikdə dünyada sevir, bəşəriyyətin mənəvi irsinin bənzərsiz xəzinələrindən hesab edirlər. Qəbələ rayon Mədəniyyət Mərkəzinin əməkdaşı Muğam Günü münasibəti ilə videoçarx hazırlayıb. Videoçarxda Muğamın dünya mədəniyyətində özünəməxsus yeri olduğu, hələ 1971-ci ildə UNESCO-nun 50 albomdan ibarət “Dünya ənənəvi musiqisinin antologiyası” kolleksiyasına “Şərqin musiqi antologiyası” seriyasında çıxan “Azərbaycan musiqisi” valını daxil etməsi vurğulanıb. Videoçarxı təqdim edirik.

https://www.facebook.com/ismayilliregional/videos/642855963320697/?modal=admin_todo_tour