Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Muğamın tarixi haqqında Ağsu Mərkəzi kitabxanası videomaterial hazırlayıb.

26.08.2020

Avqustun 26-sı Beynəlxalq Azərbaycan Muğamı Günü və İpək Yolu üzərində yerləşən ölkələrin musiqisi günü kimi qeyd olunur. 2010-cu ildə Kanadanın Niaqara şəhərinin meriyası və ənənəvi olaraq hər il keçirilən Beynəlxalq Niaqara Musiqisi Festivalının rəhbərliyi tərəfindən qəbul olunan bu qərar xalqımızın milli sərvəti olan muğamın bəşəri musiqiyə çevrildiyini bir daha təsdiq edir. Bu tarix muğamsevərlər, ömrünü bu sənətin yaşamasına və təbliğinə həsr edənlər üçün ən əziz bayramdır. Əlamətdar günün və muğamın tarixi haqqında Ağsu Mərkəzi kitabxanası geniş videomaterial hazırlayıb. Videomaterialı təqdim edirik.

https://www.facebook.com/ismayilliregional/videos/749601128939743/?modal=admin_todo_tour