26.08.2020
Avqustun 26-sı Beynəlxalq Azərbaycan Muğamı Günü və İpək Yolu üzərində yerləşən ölkələrin musiqisi günüdür.Bu barədə qərarı 2010-cu ildə Kanadanın Niaqara şəhərinin meriyası və ənənəvi olaraq hər il keçirilən Beynəlxalq Niaqara Musiqi Festivalının rəhbərliyi qəbul edib.Müstəqillik illərində Azərbaycan muğamı özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu sahədə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın mühüm xidmətləri var. Məhz Azərbaycanın birinci xanımının ciddi səyləri nəticəsində muğam UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi irsinin şah əsəri elan edilib. Əlamətdar gün münasibəti ilə Ağsu rayon Mərkəzi kitabxanası və Ərəbuşağı,Kəlağaylı kənd kitabxana filialları videoçarxlar hazırlayıb. Videoçarxları aşağıdakı linklərə keçid edərək izləyə bilərsiniz.
https://www.facebook.com/ismayilliregional/videos/950435268769734/?modal=admin_todo_tour
https://www.facebook.com/ismayilliregional/videos/717681665479137/?modal=admin_todo_tour
https://www.facebook.com/ismayilliregional/videos/240056850515588/?modal=admin_todo_tour