24.08.2020
23 avqust Xalq artisti Şahmar Ələkbərovun doğum günüdür
“Azərbaycanfilm” kinostudiyasında aktyor, rejissor kimi fəaliyyət göstərən Şahmar Ələkbərov teleradio sahəsində də özünü göstərə bilib. Bir çox proqramların aparıcısı olub. Televiziya tamaşalarında gözəl, bənzərsiz rollar yaradıb. Hətta bir çox filmlərin dublyajında iştirak edib. Onun çəkildiyi filmləri xatırlayanda gözümüzün önündə Şahmarın kinoya gətirdiyi yeni obrazlar canlanır. Qəbələ rayon Mədəniyyət Mərkəzinin Əmirvan kənd klubu Şahmar Ələkbərovun yaradıcılığına həsr olunmuş videorolik hazırlayıb. Videoroliki təqdim edirik.
https://www.facebook.com/ismayilliregional/videos/816097942462013/?modal=admin_todo_tour