Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”27 il əsir yurdum”

23.08.2020

Avqustun 23-də Cəbrayıl rayonunun erməni silahlı qüvvələri tərəfindən işğalının 27-ci ili tamam olur. 1993-cü il avqustun 23-də Ermənistan silahlı birləşmələri 1 şəhər, 4 qəsəbə və 92 kəndi olan Cəbrayıl rayonunu işğal ediblər. Şamaxı rayon Qızmeydan kənd kitabxana filialında Füzuli və Cəbrayıl rayonlarının işğalına həsr olunmuş onlayn tədbir keçirilib. Tədbirdə rayonların işğal tarixi haqqında geniş məlumat verilmiş, Cəbrayıl və Füzuli rayonlarının  tarixi memarlıq və arxeoloji abidələrinin  erməni vəhşiliyinin qurbanına çevrildiyi vurğulanıb. Çıxış edən kitabxana əməkdaşı  torpağından didərgin düşmüş soydaşlarımızın dövlətin hərtərəfli qayğısı ilə əhatə olunmaqlarını diqqətə çatdırıb. Tədbirdən qısa videogörüntünü təqdim edirik

https://www.facebook.com/ismayilliregional/videos/600911790572468/?modal=admin_todo_tour