23.08.2020
Avqustun 23-ü Azərbaycanın dilbər guşələrindən olan Füzuli rayonunun işğal günüdür. 1993-cü il avqustun 23-də erməni hərbi birləşmələri Füzuli şəhəri, Horadiz qəsəbəsi və rayonun 82 kəndini işğal edib, bu yerlərin sakinlərini öz doğma yurd-yuvasından didərgin salıblar. İşğal olunmuş yaşayış məntəqələri erməni quldurları tərəfindən talan edilib, dağıdılıb və yandırılıb. Müharibə zamanı rayon sakinlərindən 657 nəfəri şəhid olub, 400 nəfər sağlamlığını itirib, 181 nəfər itkin düşüb. Torpaqlarımızın müdafiəsi uğrunda fədakarlıq göstərmiş füzulilərdən 6 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Ağsu rayon Mədəniyyət Mərkəzi və tabeliyində fəaliyyət göstərən Gəgəli kənd klubu Füzuli və Cəbrayıl rayonları haqqda videomateriallar hazırlayıb. Vidromaterialları təqdim edirik.
https://www.facebook.com/ismayilliregional/videos/995489517564379/?modal=admin_todo_tour
https://www.facebook.com/ismayilliregional/videos/748946292626813/?modal=admin_todo_tour