Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şahmar Ələkbərov

24.08.2020

23 avqust  Xalq artisti Şahmar Ələkbərovun doğum günüdür

“Azərbaycanfilm” kinostudiyasında aktyor, rejissor kimi fəaliyyət göstərən Şahmar Ələkbərov teleradio sahəsində də özünü göstərə bilib. Bir çox proqramların aparıcısı olub. Televiziya tamaşalarında gözəl, bənzərsiz rollar yaradıb. Hətta bir çox filmlərin dublyajında iştirak edib. Onun çəkildiyi filmləri xatırlayanda gözümüzün önündə Şahmarın kinoya gətirdiyi yeni obrazlar canlanır. “Qızılqaz” (Rizvan), “Mən ki gözəl deyildim” (Məzahir), “Yeddi oğul istərəm” (Qəzənfər), “Axırıncı aşırım” (İmran), “Həyat bizi sınayır” (Arif), “Bizim küçənin oğlanları” (oğlanlardan biri), “Bakıda küləklər əsir” (Azad), “Qatır Məmməd” (Qatır Məmməd), “Firəngiz” (Feyzi), “Arxadan vurulan zərbə” (Gündüz Kərimli), “Gözlə məni” (Tahir), “Atları yəhərləyin” (İbrahim) və digər filmlərdə Şahmar Ələkbərov qəribə bir ifa tərzi, peşəkar oyunu ilə yaratdığı rollarına özünün möhürünü vurub. Bu filmlər yaradıcılıq karyerasında parlaq ştrixlərlə yadda qalıb.