Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəhid Xəyyam Daşdəmirovun məzarı ziyarət olunub.

21.08.2020

21 avqust 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu istiqamətində törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən Azərbaycan Silahlı Qüvvələrinin şəhid olmuş hərbi qulluqçusu Daşdəmirov Xəyyamın böyüyüb boya-başa çatdığı Balik kəndində 40 mərasimi keçirilib. İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəis müavini,məsul əməkdaşları və regional idarənin tabeliyində fəaliyyət göstərən İsmayıllı rayon mədəniyyət müəssisələrinin əməkdaşları şəhidin məzarını ziyarət ediblər. Allahdan şəhidimizə rəhmət, ailəsinə və yaxınlarına səbr diləyirik. Allah rəhmət eləsin!