19.08.2020
Kəmaləddin Behzad Şərq incəsənəti tarixində yarı əfsanə bir fiqurdur. Müasir dövrün tədqiqatçılarının onun haqqında yazdıqları fikirlər bizə söyləməyə əsas verir ki, Behzad çox sayda miniatür və təsvirlər işləmişdir. Lakin, bu əsərlərin çox az hissəsi dövrümüzə çatmışdır. Behzadın bədii nüfuzu o qədər yüksək idi ki, onun haqqında Dust Məhəmməd və Qazi Əhməd kimi sənət tarixçilərinin yazılarından məlumat alırıq. Ən etibarlı məlumat 1499 və 1524-cü ildə, Behzadın həyatı zamanı yaratdığı əsərlərdə, tanınmış tarixçi Xandəmir tərəfindən göstərilmişdir. Şamaxı MKS-nin Çuxuryurd kənd kitabxanası Kəmaləddin Behzad yaradıcılığı haqqında videomaterial hazırlayıb. Videomaterialı təqdim edirik.
https://www.facebook.com/ismayilliregional/videos/768895580602102/?modal=admin_todo_tour