18.08.2020
Gender bərabərliyi və qadın problemlərinə həsr olunmuş onlayn tədbir keçirilmişdir. Tədbirdə Respublikamızda fəaliyyət göstərən Heydər Əliyev Mərkəzlərinin əməkdaşları və Ombudsmanın Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov iştirak etmişdir. Edilən çıxışlarda qadınların cəmiyyətdəki xüsusi rol vurğulanmış, gender bərabərliyi ilə mübarizələrdən danışılmışdır. "Bəşər tarixi gender bərabərliyi uğrunda əzmkar mübarizələrlə zəngindir: sivil insan cəmiyyəti formalaşandan öz təbii hüquqları uğrunda əzmkar mübarizə aparan zərif cinsin nümayəndələri bu yolda ən müxtəlif çətinliklərə, psixoloji-mənəvi baryerlərə mətinliklə sinə gərib, ictimai həyatın ən müxtəlif sahələrində kişilərdən heç də geri qalmadıqlarını, müəyyən sahələrdə hətta onları üstələdiklərini əməllərində göstəriblər. İnsan hüquq və azadlıqlarının ali dəyər sayıldığı, fərdin hüquqlarının dövlət mənafeyindən uca tutulduğu bizim günlərdə belə, gender bərabərliyinin təmini uğrunda mübarizə davam edir."