Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Azərbaycanda Xalçaçılıq Sənəti”

17.08.2020

Azərbaycan milli-mənəvi dəyərləri, sənəti, mədəniyyəti, incəsənəti, dünyaya inteqrasiya olunduğumuz bir zamanda, beynəlxalq aləmin dinqqətindədir. Dünya mədəniyyəti içərisində yeri olan Azərbaycan xalçası özünün məxsusi ornamentləri ilə fərqlənən sənət nümunəsidir. Azərbaycan xalq tətbiqi sənəti və onun bir qolu olan xalçaçılıq xalqın milli mədəniyyəti tarixində özünəməxsus yer tutur. Xalq sənətlərinin ən geniş yayılmış növü Azərbaycan xalqının məişətində özünə möhkəm yer tutmuş və az qala xalqın rəmzinə çevrilmiş xalça sənətidir. Müxtəlif naxış elementləri və təsvirlərlə bəzədilən xovlu və xovsuz xalçalar dəyələrin, çadırların, alaçıqların, habelə, yaşayış evlərinin və digər binaların divar bəzəklərində, döşənməsində istifadə edilir, eyni zamanda, yüksək estetik əhəmiyyət kəsb edir. Qəbələ rayon Mədəniyyət Mərkəzi tərəfindən " Azərbaycanda xalçaçılıq sənəti" başlıqlı videoçarx hazırlanıb. Videoçarxda Azərbaycanda ən qədim xalq sənət növlərindən biri olan xalça sənəti haqqında geniş məlumat verilib. Videomaterialı təqdim edirik.

https://www.facebook.com/ismayilliregional/videos/738062083645442/?modal=admin_todo_tour