12.08.2020
1998-ci il avqustun 12-də Portuqaliyanın paytaxtı Lissabon şəhərində gənclərlə iş sahəsində keçirilən beynəlxalq konfransda hər il avqustun 12-nin dünyada “Gənclər Günü” kimi qeyd olunması qərara alınmışdır. Həmin tarixdən etibarən Beynəlxalq Gənclər Günü Azərbaycanda da qeyd olunur.
Sağlam gənc nəslin yetişdirilməsi hər bir ölkə üçün əsas məsələdir. Çünki ölkənin gələcəyi, müqəddəratı gənclərdən asılıdır.
Ölkəmizdə dövlətin gənclər siyasətinin əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ulu öndər sağlamdüşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi kimi daim diqqət mərkəzində saxlamış, gənclərin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatda iştirakının təmin olunmasını vacib hesab etmişdir. Əlamətdar gün münasibəti ilə Qəbələ rayon Tarix Diyarşünaslıq Muzeyi videomaterial hazırlamışdır. Videomaterialı təqdim edirik.
https://www.facebook.com/ismayilliregional/videos/328096471890856/?modal=admin_todo_tour