Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Azərbaycan poeziyasının, dramaturgiyasının, elminin görkəmli nümayəndəsi Bəxtiyar Vahabzadə

10.08.2020

Azərbaycan poeziyasının, dramaturgiyasının, elminin görkəmli nümayəndələrindən biri də xalq şairi Bəxtiyar Vahabzadədir. Ədəbi yaradıcılığını Azərbaycan dövlətçiliyinin qurulmasına, inkişafına, tərəqqisinə həsr edən Bəxtiyar Vahabzadə ədəbiyyatımızda, ictimai fikrimizdə, elmimizdə elə bir zirvə fəth edib ki, o yer əlçatmazdır. Bəxtiyar Vahabzadənin adı gələndə yada böyük vətənpərvər şair, Azərbaycan dilinin mübariz mühafizəçisi gəlir. Dahi şairin 95 illik yubileyi münasibəti ilə Ağsu rayon Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən Arat Curuğlu kənd klubu videomaterial hazırlamışdır. Videomaterialı təqdim edirik.

https://www.facebook.com/ismayilliregional/videos/731420924319659/