Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Bəxtiyar Vahabzadənin 95 illik yubileyi münasibəti ilə sərgi təşkil olunmuşdur

07.08.2020

Azərbaycan ədəbiyyatının, bütövlükdə XX əsr poetik fikrinin görkəmli nümayəndəsi , xalq şairi Bəxtiyar Vahabzadə təkcə respublikamızda deyil, onun sərhədlərindən çox uzaqlarda mütəfəkkir şair lirik dramaturq istedadlı alim və publisist , ictimai xadim kimi məşhurdur. İsmayıllı rayon MKS-nin Qubaxəlilli kənd kitabxana filialı, Azərbaycanın xalq şairi, dramaturqu, ədəbiyyatşünası, filologiya elmləri doktoru, professoru, " Mənim dostlarım", "Bahar", "Ədəbi heykəl", "Dostluq nəğməsi", " Çinar", "Sadə adamlar", "Aylı gecə", "Şəbi hicran" və s. əsərlərinin müəllifi Bəxtiyar Vahabzadənin -95 illik yubileyinə həsr olunmuş sərgi təşkil etmişdir.