06.08.2020
Azərbaycanın müsəlman şərqində nail olduğu bir çox ilklər, o cümlədən ilk konstitusiya Nəriman Nərimanovun adı ilə bağlıdır. Nərimanov hakimiyyəti dövründə Azərbaycan xalqının adət və ənənələrinə dərin hörmət verilmiş, bütün dini və ənənəvi bayramlar rəsmi olaraq qeyri-iş günü hesab olunmuşdur. O, siyasətçidən əlavə bir maarifpərvər və dramaturq-yazıçı kimi Azərbaycan tarixində mühüm rol oynamış, ilk qiraətxananı açmışdır. Ədəbiyyatçı kimi Azərbaycan milli romanının və ilk tarixi faciənin banisi kimi qalır. Şamaxı Tarix Diyarşünaslıq muzeyi görkəmli şəxsiyyət haqqında videoçarx hazırlayıb. Videoçarxı təqdim edirik.
https://www.facebook.com/ismayilliregional/videos/2652108441749887/