Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Heydər Əliyev və Azərbaycan dili” mövzusunda onlayn görüş keçirilib.

04.08.2020

Şamaxı Rayon Heydər Əliyev Mərkəzi və Şamaxı rayon YAP Gənclər Birliyinin birgə təşkilatçılığı ilə rayonun  Azərbaycan dili və ədəbiyyat müəllimlərinin iştirakı etdiyi "Heydər Əliyev və Azərbaycan dili" mövzusunda  onlayn görüş  keçirilib.
 Şamaxı Heydər Əliyev Mərkəzinin direktoru Könül Eyvazova çıxışında  əlamətdar günün Ulu Öndər Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli fərmanına əsasən təsis edildiyini, müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsində Heydər Əliyevin misilsiz xidmətləri olduğunu vurğulamışdır.Ulu Öndər Heydər Əliyevin Azərbaycan dilinin qorunmasında göstərdiyi fədakarlıqdan danışan direktor Heydər Əliyevin Azərbaycan dilinə verdiyi dəyəri onun öz kəlamlarıyla nəzərə çatdırıb.