01.08.2020
İsmayıllı rayon mərkəzi kitabxanası Azərbaycan əlifbası və Azərbaycan dili gününə həsr olunmuş “Dilimiz, mənəviyyatımız” adlı videokonfrans keçirib.
Tədbirdə MKS-nin direktor müavini Ruhiyyə Mirzəyeva, metodika şöbəsinin müdiri Nərgiz Həmidova , kitabxana biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsinin əməkdaşı Leyla Şirinova çıxış ediblər. Qeyd olunub ki, hər bir xalqın milliliyini, mənəvi dəyərlərini, mədəniyyətini, ədəbiyyatını yaşadan, inkişaf etdirən onun dilidir. Millətin dilinin dövlət dili statusuna yüksəldilməsi böyük bir tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir.
Sonda tədbir iştirakçıları mövzu ilə bağlı kitabxana filiallarının hazırladıqları sərgilərindən ibarət videoçarxları izləyiblər.