01.08.2020
Hər il avqust ayının 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir.Müstəqil Azərbaycanın 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyasında Azərbaycan dilinin Azərbaycan Respublikasının dövlət dili kimi təsbiti, onun rəsmi dövlət dili statusuna yüksəlməsi milli dövlətçilik tariximizin ən mühüm hadisələrindən biridir. Çünki milli varlığımızın və tarixi kimliyimizin əsas atributlarından biri olan Ana dilimiz ən yüksək dəyəri qazanıb. İsmayıllı MKS-in filialları əlamətdar gün münasibəti ilə sərgi və videoroliklər hazırlamışdırlar. Belə ki, Lahıc qəsəbə kitabxana filialında "Qoruyaq və yaşadaq Ana Dilimizi" başlığlı sərgi təşkil edilmiş, Talıstan və Kürdmaşı kənd kitabxana filialları isə videoməlumat hazırlamışdır.Linkə keçid edərək videoları izləyə bilərsiniz: