01.08.2020
Avqustun 1-i Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Bu əlamətdar gün ümummilli lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edilib. Ulu Öndər həmin Fərmanı latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkədə 2001-ci ilin avqustunda bütövlükdə təmin edildiyini və yeni əlifbadan istifadənin müstəqil Azərbaycanın ictimai-siyasi həyatında, yazı mədəniyyətinin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq imzalayıb. Bu əlamətdar gün münasibəti ilə İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Qubaxəlilli kənd Yaradıcılıq evi "Azərbaycan dilim ,mənim can dilim" başlıqlı videoçarx hazırlamışdır.
https://www.facebook.com/ismayilliregional/videos/2498522740368482/?epa=SEARCH_BOX