Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Güc birlikdədir”

28.07.2020

Son zamanlar Azərbaycanda və ya ondan kənarda yaşamasından asılı olmayaraq, soydaşlarımızın birliyinin vacibliyini daha ciddi şəkildə hiss edirik. Bu yalnız hər insandakı təbii Vətən sevgisi ilə yox, həm də hazırda xalqımız qarşısında duran vəzifələrlə əlaqədardır. Onlardan ən başlıcası isə Ermənistan tərəfindən işğal olunmuş torpaqların tezliklə azad edilməsi, Azərbaycanın ərazi bütövlüyünün bərpasıdır. Ölkə başçısının “Biz birlikdə güclüyük” çağırışı isə bu gün hər birimiz üçün örnək olmalıdır. Şamaxı MKS-in Uşaq şöbəsi “Güc birlikdədir “ başlıqlı videoçarx hazırlamışdır. Özündə birliyi, həmrəyliyi, ölkə vətəndaşına sevgini, qayğını əks etdirən videoçarxı təqdim edirik.

https://www.youtube.com/watch?v=Nvf8D-bq3Ko