25.07.2020
25 iyul tarixində İsmayıllı Regional Mədəniyyət İdarəsinin növbəti videokonfrans formatında iclası keçirilib. Videokonfransda İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi Elnur Hüseynov rəis müavini Azər Abbasov, rayonlar üzrə nümayəndələr və idarənin digər məsul işçiləri iştirak edib. Mədəniyyət müəssisələrinin fəaliyyətinə həsr olunmuş videokonfransda qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqi, müasir yanaşma, mədəni xidmətlərin səviyyəsinin yüksəldilməsi və dövrün tələbələrinə uyğun təşkili, mədəniyyət müəssisələrinin fəaliyyətinin optimallaşdırılması mövzusunda müzakirələr aparılıb təklif və tövsiyyələr dinlənilib.