22.07.2020
22 iyul Azərbaycan Milli Mətbuatının yaranması günü kimi qeyd olunur. Mətbuat günün yaranmasından artıq 145 il ötür. 1875-ci il 22 iyul tarixində Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin "Əkinçi" qəzetinin ilk nömrəsi çapdan çıxmışdır. "Əkinçi" qəzeti xalqımızın milli oyanışında, milli birliyinin möhkəmlənməsində böyük rol oynamışdır. Bu əlamətdar gün münasibəti ilə İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Qubaxəlilli kənd Yaradıcılıq evi və Lahıc qəsəbə klubunda karantin qaydalarına riayət olunaraq tədbir və sərgi təşkil olunmuşdur.