22.07.2020
Bu gün Azərbaycan Milli Mətbuatının yaranmasından 145 il ötür. 1875-ci ilin məhz bu günü Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin "Əkinçi" qəzetinin ilk nömrəsi çapdan çıxmışdır. "Əkinçi" qəzeti xalqımızın milli oyanışında, milli birliyinin möhkəmlənməsində böyük rol oynamışdır.
Bu günədək Azərbaycan milli mətbuatı çox şərəfli və zəngin inkişaf yolu keçmişdir. Xalqımızın görkəmli ziyalıları, yazıçıları, mütəfəkkirləri mətbuat vasitəsilə milli şüurun, mənəviyyatın və mədəniyyətin formalaşmasına və inkişafına güclü təkan vermişlər. Bu gün ölkəmizdə yüzlərlə mətbuat orqan - qəzet və jurnal fəaliyyət göstərir və minlərlə jurnalistlər hər gün ölkə icitimaiyyətinin rifahı naminə yorulmadan çalışırlar. İsmayıllı Regional Mədəniyyət İdarəsi adından bu əlamətdar gün münasibətilə mətbuat nümayəndələrini təbrik edir və onlara öz işlərində uğurlar diləyirik