21.07.2020
Zəngin Azərbaycan tarixini, mədəniyyətini, ədəbiyyatını, ictimai fikrini dəyərli və əbədi edən klassiklərimiz olub. Bu klassiklər Azərbaycan maarifçilik hərəkatının başında duran və bu yolda yorulmadan mübarizə aparan, xalq uğrunda şəhid olanlardır. Ürəyində xalq məhəbbəti yuva quran bu şəxsiyyətlər son nəfəsinə qədər Azərbaycan yolunda vuruşub. Azərbaycan elminin, mədəniyyətinin, ədəbiyyatının, fəlsəfi fikrinin, tarixinin hər səhifəsində bu şəxsiyyətlərin silinməz izləri yaşayır.Onlar ona görə yaşayıb yaradıblar ki, xalqımız, dövlətimiz var olsun və onların varlığı əbədi olsun. Mirzə Fətəli Axundov (Axundzadə) xalqımızın həyatında çox böyük rol oynayan, XIX əsr milli maarifçilik hərəkatının öndərlərindən biridir. Bir çox ilklərə qələm çalan və bununla xalqımızı Şərq xalqları arasında birinci edən Mirzə Fətəli əvəzsiz işlər görüb. Xalq öz dahisini, qüdrətli şəxsiyyətlərini unutmur. Qəbələ MKS-in xidmət şöbəsinin əməkdaşları Mirzə Fətəlinin həyatından bəhs edən videomaterila hazırlamışdırlar. Videomaterialı linkə keçid edərək izləyə bilərsiniz.
https://www.facebook.com/ismayilliregional/videos/924018778094792/?modal=admin_todo_tour