Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Vətən! Uğrunda canımızdan keçərək qanlar tökdüyümüz Vətən!

18.07.2020

Vətən! Uğrunda canımızdan keçərək qanlar tökdüyümüz Vətən! Vətən təkcə üzərində gəzdiyimiz torpaq deyil, Vətən bizim hər şeyimizdir. Torpağı Vətən edən millətin onda yaşadığı tarix, onunla qurduğu mədəniyyət əlaqələridir. Vətənə bağlılıq onu sevmək, qorumaq və inkişaf etdirməkdir. Çünki nə Vətənsiz bir millət, nə də millətsiz bir Vətən ola bilər. Hər bir insan üçün Vətəni qorumaq dövlət və milləti qorumaq, Vətəni sevmək də dövlət və milləti sevməkdir. Vətəni sevmək isə onu düşmənlərə verməmək, hər an onun müdafiəsinə hazır olmaq və lazım olduğu zaman onun üçün canını vermək kimi müqəddəs bir vəzifədir.

Azərbaycanın igid və mərd oğulları həmişə vətənpərvər olmuş, yadelli işğalçılara qarşı qəhrəmancasına mübarizə apararaq Vətənini düşməndən azad etmişdir. Vətəni sevmək kimi müqəddəs bir vəzifəni layiqincə yerinə yetirməyə çalışmışlar. İgid Vətən oğulları bu torpaq tam olsun deyə canlarını qurban verməkdən heç zaman çəkinməmişlər. Ağsu rayon Mədəniyyət Mərkəzinin əməkdaşları ötən günlərdə torpaq uğrunda döyüşlərdə həlak olmuş şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş videoroliklər hazırlamışdırlar. Videorolikləri təqdim edirik.

https://www.facebook.com/ismayilliregional/videos/pcb.570635510245766/1025126641242436/?type=3&theater

https://www.facebook.com/ismayilliregional/videos/pcb.570635510245766/604410140263710/?type=3&theater