Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”İnsan hüquq və azadlıqları” başlıqlı videokonfrans formatında iclas keçirilib

18.07.2020

17.07.2020-ci il tarixində İsmayıllı rayon Mərkəzi kitabxananın əməkdaşları arasında "İnsan hüquq və azadlıqları" başlıqlı videokonfrans formatında iclas keçirilib.

  Konfrasda İsmayıllı rayon MKS-nin direktoru  Baxışova Könül və Metodika və biblioqrafiya şöbəsinin müdiri Əbilova Nərgiz çıxış edərək bildirdilər ki, hər bir insan onun mənsub olduğu irqdən, cinsiyyətdən,dildən, dindən, siyasi və digər baxışlardan, milli və sosial mənşədən, mülkiyyətdən,doğum və başqa hallardan asılı olmayaraq təmin olunmuş insan haqlarına və azad olmaq hüququna malikdir. 
 Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 18 iyun 2007-ci il tarixli sərəncamı ilə hər il iyunun 18-i ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunur. Hal-hazırda Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Milli Məclis tərəfindən 29 noyabr 2019-cu il tarixində seçilmiş Səbinə Əliyevadır.