Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Saçları heç zaman ağarmayacaq, şəhid əsgər!

18.07.2020

Əsgərlərimiz Ana Vətən qarşısında öz vəzifəsini layiqincə yerinə yetirərək, düşmənlə üz-üzə dayanaraq inamla vuruşur. Düşmən gülləsinə tuş gələrək şəhidlik zirvəsinə ucalanlar xalqın sonsuz ehtiramını qazanır.
Saçları heç zaman ağarmayacaq, şəhid əsgər! Xalqımız hər zaman sizə borcludu. Zamanı gənc yaşlarında donan igidlərin, adı hər birimizin qəlbində yaşayır.
Şəhidi olmayan torpaq müstəmləkədir. Hər birimiz Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda qəhrəmanlıqla vuruşan, xalqımızın azadlığını hər şeydən uca tutan, bu yolda həyatını qurban verərək ən uca zirvəyə - şəhidlik məqamına ucalanların xatirəsini anmağa həmişə borcluyuq. Çünki ərazi bütövlüyü, toxunulmazlığı uğrunda canından keçən Vətən övladları sonsuz sevgi, məhəbbət və ehtirama layiqdirlər.
İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin hazırladığı,ötən günlərdə Tovuz istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olan şəhidlərimizin xatirəsinə həsr olunmuş videoçarxı təqdim edirik.

https://www.facebook.com/Ismayillimedeniyyet/videos/290539902290864/?epa=SEARCH_BOX