17.07.2020
17 iyul tarixində İsmayıllı Regional Mədəniyyət İdarəsinin növbəti videokonfrans formatında iclası keçirilib. Videokonfransda İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi Elnur Hüseynov rəis müavini Azər Abbasov, rayonlar üzrə nümayəndələr və idarənin digər məsul işçiləri iştirak edib. Mədəniyyət müəssisələrinin fəaliyyətinə həsr olunmuş videokonfransda ilk öncə son günlər cəbhə xəttində baş vermiş döyüşlərdə qəhramancasına həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Çıxış edən regional idarənin rəisi Elnur Hüseynov Tovuz rayonu sərhədində baş vermiş erməni təxribatını qətiyyətlə pisləmiş, xalqımızın daim Ali Baş Komandan cənab İlham Əliyevə, ordumuza dəstək olduqlarını xüsusi vurğulamışdır. Daha sonra iclas iştirakçılarının diqqətinə müəssisələrdə hərbi vətənpərvərlik mövzusuna xüsusi diqqət yetirilməli olduqları , bu istiqamətdə gənclərlə birgə onlayn tədbirlər keçirilməsinin vacibliyi çatdırılmışdır. Eyni zamanda sosial yardıma ehtiyacı olan insanlara diqqət göstərilməsi, Koronavirusla (Covid-19) mübarizədə profilaktik tədbirlərə ciddi şəkildə əməl olunması, müəssisələrdə dezinfeksiya işlərinin aparılması, elektron xidmətlərə daha çox üstünlük verilməsi istiqamətində müvafiq tövsiyyə və tapşırıqlar verilmişdir.