14.07.2020
Şәhidimiz Xәyyam Daşdәmirovun mәzarı ziyarәt olunur. İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən İsmayıllı rayon mədəniyyət müəssisələrinin əməkdaşları 3-5 nәfәrdәn ibarәt qruplar halında Balik kənd qәbiristanlığına üz tutur. İsmayıllı rayon Fazil Əzimov adına Uşaq İncəsənət məktəbinin direktoru Bəhruz Həşimov və müəllim kollektivi eləcə də İsmayıllı rayon Heydər Əliyev Mərkəzinin direktoru Mayıl Fərəcov və mərkəzin digər əməkdaşları şəhidin məzarını ziyarət ediblər.
Xatırladaq ki, iyulun 12-dә Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Düşmən hücumunun qarşısını alarkən ağır yaralanan X.Daşdәmirov həkimlərin səyinə baxmayaraq şəhid olub. O, 2002-ci ildә İsmayıllının Balik kәndindә dünyaya gәlib. Hәrbi xidmәtә 2020-ci ilin aprel ayında çağrılıb.
Allah şәhidlәrimizә rәhmәt elәsin!