Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

12 iyul Böyük Azərbaycan satiriki Mirzə Ələkbər Sabirin anım günüdür

13.07.2020

Ələkbər Zeynalabdin oğlu Tahirzadə (Sabir) 1862-ci ildə Şamaxı şəhərində anadan olub. Atası kiçik baqqal dükanı olan dindar bir kişi olub və Ələkbəri gələcəkdə ruhani görmək istəyib.Sabir 12 yaşına qədər mollaxanada oxuyub, sonra məşhur şair Seyid Əzim Şirvaninin açdığı yeni üsullu məktəbə gedib.Seyid Əzim öz şagirdinin tərcümələri ilə yanaşı orijinal şeirlərini də oxuyaraq redaktə edib.

XX əsrin əvvəllərindən başlayaraq Sabirin şeirləri “Şərqi-Rus”, ”Həyat” qəzetlərində, “Molla Nəsrəddin” jurnalında dərc olunub.Böyük şair Bakıda çıxan “Günəş” və “Həqiqət” qəzetlərinin redaksiyalarında işləyib. “Günəş” qəzeti hər həftənin cümə günü “Palanduz” sərlövhəsi ilə gülüş səhifəsi buraxırdı. Sabir bu səhifədə “Nizədar” və “Çuvalduz” imzaları ilə çıxış edib.

Ağır xəstə olan Sabir 1911-ci il iyulun 12-də - həyatının və yaradıcılığının ən parlaq vaxtında vəfat edib. Şair Şamaxıda “Yeddi günbəz" qəbiristanlığında dəfn edilib.Mirzə Ələkbər Sabirin anım günün ilə əlaqədar Şamaxı şəhərində yerləşən şairin ev muzeyinin əməkdaşları videorolik hazırlamışdırlar. Vİdeoroliki linkə keçid edərək izləyə bilərsiniz.

https://www.facebook.com/ismayilliregional/videos/1209126596104416/?epa=SEARCH_BOX