10.07.2020
İbrahimbəy Musabəyov Qəbələ şəhərində anadan olmuşdur. İlk təhsilini doğma Qutqaşendə alan İ.Musabəyov 1898-ci ildə Zaqafqaziya Müəllimlər Seminariyasına daxil olur, 1902-ci ildə oranı bitirir və Şəki şəhərindəki üçüncü rus-tatar məktəbində müəllimliyə başlayır. 1911-ci ildə Bakıya gələn gənc pedaqoq birinci rus-tatar məktəbində boş olan müəllim yerini tutmaq üçün həmin ilin oktyabr ayının 6-da müəllimlər komissiyası qarşısında imtahan verir və o vaxtdan müəllimlik fəaliyyətini Bakıda davam etdirir.1913-cü ildən ədəbi fəaliyyətə başlayan İ.Musabəyov özünün didaktik, təlim və tərbiyəyə dair hekayələrini "Məktəb" jurnalında, iri həcmli əsərlərini isə müxtəlif nəşriyyatlarda kitabça şəklində çap etdirirdi.Onun ədəbi irsi içərisində ideya və məzmunu ilə nəzəri daha çox cəlb edən və bu gün də aktuallığını itirməyən, ilk dəfə 1916-cı ildə kitab şəklində çap olunmuş "Neft və milyonlar səltənətində " povestidir. Bu, inqilaba qədər Azərbaycan bədii nəsrində neft sənayesi sahiblərinin və burjua əxlaqının, pul hakimiyyətinin ifşasına həsr olunmuş əsərlər içərisində xüsusi yer tutur. Musabəyov Sovet hökuməti tərəfindən xalq düşməni iddiası ilə həbs olunmuş, 1942-ci il sentyabrın 14-də sürgün yerində - Karaqanda şəhərində quru plevrit xəstəliyindən vəfat etmişdir. Qəbələ MKS-in xidmət şöbəsinin əməkdaşları görkəmli xadim haqqında videomaterial hazırlamışdırlar. Videomaterialı təqdim edirik.
https://www.facebook.com/ismayilliregional/videos/300433057986835/?epa=SEARCH_BOX