09.07.2020
Klassik Azərbaycan şairi Seyid Əzim Şirvaninin doğum tarixindən 185il ötür.
Zəngin ədəbi yaradıcılığa malik olan Seyid Əzim Şirvaninin bədii irsi biri azərbaycanca, digəri isə farsca iki böyük külliyyatdan ibarətdir. Şairin əsərləri içərisində müxtəlif Şərq mənbələrindən etdiyi tərcümələr, Sədi, Hafiz və Məhəmməd Füzuli şeirlərinə yazdığı nəzirələr də vardır. Şairin orijinal qəzəllərində həyat sevgisi, nikbin əhvali-ruhiyyə, dini etiqad xüsusi yer tutur.Onun realist şeir yaradıcılığı sahəsinə keçməsində "Əkinçi" qəzetinin mühüm rolu olub. O, xalqı qəflət və cəhalət yuxusundan oyanmağa çağırıb, Həsən bəy Zərdabinin xeyirxah, maarifçi təşəbbüslərini alqışlayıb, onu bilikli müəllim və xeyirxah bir insan kimi qiymətləndirib. Seyidin ictimai mahiyyət daşıyan satiraları onun ümumi yaradıcılığında müstəsna mövqe tutur. Şairin 185 illik yubileyi münasibəti ilə Şamaxı MKS-in Uşaq şöbəsinin fəal oxucusu Seyid Əzim Şirvaninin həyatından bəhs edən videomaterial hazırlayıb. Linkə keçid edərək videonu izləyə bilərsiniz.
https://www.youtube.com/watch?v=YgLz7UBkado&t=8s