07.07.2020
7 iyul tarixində İsmayıllı Regional Mədəniyyət İdarəsində növbəti videokonfrans keçirilib. Videokonfransda İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi Elnur Hüseynov rəis müavini Azər Abbasov, rayonlar üzrə nümayəndələr və idarənin digər məsul işçiləri iştirak edib. İlk öncə regional idarənin rəisi Elnur Hüseynov hazır ki dövrdə ölkəmizdə koronavirusa qarşı prezident İlham Əliyevin göstərişi ilə həyata keçirilən tədbirlərin əhəmiyyətini vurğulamışdır. Regional İdarənin rəisi tabe müəssisələrdə sanitariya-epidemioloji qaydalara riayət edilməsinə nəzarətin gücləndirilməsini tapşırmış,müəssisələrdə mütəmadi olaraq dezinfeksiya işlərinin aparılmasını, əməkdaşların sosial izolyasiya tədbirlərinə əməl etməsinin vacibliyini xüsusi olaraq vurğulamışdır. Daha sonra iclasda idarənin saytı və tabe təşkilatların sosial şəbəkələrdəki səhifələrində aktivliyin daha da artırılmasının, vətəndaşlara göstərilən elektron xidmətlərin səviyyəsinin yüksəldilməsinin əhəmiyyəti qeyd edilib.