24.06.2020
Zəngin tarixi olan qədim Şamaxı şəhəri Azərbaycan dövlətçiliyinin, incəsənətinin və ədəbiyyatının inkişafına böyük töhfələr vermiş, ölkəmizin mühüm sosial-iqtisadi, siyasi və mədəni mərkəzlərindən biri kimi tanınmışdır.
Şamaxı müxtəlif dövrlərdə təbii fəlakətlərə məruz qalsa da, öz iqtisadiyyatını və mədəniyyətini yenidən bərpa edə bilmişdir. Şəhərdə qorunub saxlanan arxeoloji abidələr və memarlıq nümunələri, həmçinin mədəni irsimizin dəyərli inciləri sırasına daxil olan qədim Cümə məscidi, Gülüstan qalası və Yeddi günbəz türbələr kompleksi mühəndis-memarlıq həllinin kamilliyi baxımından bu gün də iftixar hissi doğurur.
Azərbaycan elminə və mədəniyyətinə dəyərli simalar bəxş edən Şamaxı Əfzələddin Xaqani, İmadəddin Nəsimi, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir və Abbas Səhhət kimi görkəmli söz ustaları yetirmişdir.
Şamaxının memarlıq ənənələrimizi yaşadan tarixi abidələri, füsunkar təbiəti haqqında Şamaxı MKS-in Uşaq Şöbəsi videoçarx hazırlamışdır. Videoçarxı təqdim edirik.
https://www.youtube.com/watch?v=PUIXXV0xGMw