Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Milli Qurtuluş Günü münasibəti ilə onlayn konsert proqramı hazırlanıb.

16.06.2020

1997-ci ilin 15 iyun tarixindən bayram edilən, 1998-ci ildən isə dövlət bayramı statusu alaraq hər il rəsmi bayram kimi qeyd edilən 15 iyun xalqımızın Milli Qurtuluş günüdür.

Bu şanlı tarix səhifəsini yaradan isə yenə də Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqa arxa olan bir insan – Heydər Əliyevdir.  Bu əlamətdar gün münasibəti ilə İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən  Qobustan şəhər Rəşid Behbudov adına Uşaq İncəsənət məktəbinin müəllim və şagird kollektivi onlayn konsert proqramı  ilə çıxış etmişdirlər. Facebook sosial şəbəkəsi  vasitəsi ilə canlı yayımlanan konsertdə vətənpərvər ruhda mahnılar səsləndirilmişdir.