Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”5 İyun- Ətraf Mühitin Mühafizəsi Günü”

05.06.2020

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 1972-ci il 05 iyun tarixdə Stokholm şəhərində keçirilən iclasında ətraf mühit məsələləri diqqət mərkəzində olmuşdur. Problemin kəskinliyini, əhali arasında ekoloji şüurun genişləndirilməsi, ətraf mühitin mühafizəsi problemlərinə diqqət yönəldilməsi vacibliyini nəzərə alan iştirakçılar tərəfindən 05 iyunun «Ümumdünya ətraf mühit günü» kimi qeyd olunmasına qərar verildi və növbəti ildən başlayaraq həmin gün bütün dünyada təntənəli şəkildə qeyd olunmağa başlanıb.Şamaxı rayon Mərkəzi kitabxananın əməkdaşları 5 İyun Ətraf Mühitin Mühafizəsi Günü ilə əlaqədar olaraq Şamaxı şəhər Heydər Əliyev adına istirahət parkında təmizlik işləri görmüş, parkın ərazisini yerə tökülən tullantılarından təmizləmişdirlər