Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Mən də bacararam” onlayn yaradıcılıq müsabiqəsinin qalibləri mükafatlandırılıb.

04.06.2020

Azərbaycanın gəncləri, uşaqları ölkəmizin, xalqımızın milli sərvətidir, gələcəyidir və ümididir. Ona görə də uşaqlara qayğı göstərmək hər bir vətəndaşın borcudur. Azərbaycan dövlətinin uşaqlar haqqında siyasəti məhz bundan ibarətdir.
Ümummilli Lider Heydər Əliyev

29 may -02 iyun 2020-ci il tarixlərində İsmayıllı rayon Gənclər və İdman idarəsi və İsmayıllı rayon Heydər Əliyev Mərkəzi “1 iyun -Uşaqların Beynəlxalq Müdafiəsi Günü” nə həsr olunmuş “Mən də bacararam!” onlayn yaradıcılıq müsabiqəsi elan etmişdir.
“ 1 iyun -Uşaqların Beynəlxalq Müdafiəsi Günü” 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən qeyd olunması qərara alınıb. Həmin gün təşkil olunan "Qadınların Beynəlxalq Konfransı"nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib. Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir.
Bu gün ilə əlaqədar keçirilən çoxsaylı tədbirlərdən biri də “Mən də bacararam!” onlayn yaradıcılıq müsabiqəsi olmuşdur. Onlayn yaradıcılıq müsabiqəsində iştirak edən məktəbəqədər və ibtidai sinif şagirdləri öz bacarıq və istedadlarını nümayiş etdirmiş, müsabiqənin şərtlərinə əsasən İsmayılova Aylin Elvin qızı birinci yerə, Ağayeva Nuray Ağa qızı və İsmayılova Nəzrin Elvin ikinci yerə , Ağayeva Damla Elvin qızı və Nağızadə Zümrüd Şahin qızı isə üçüncü yerə layiq görülmüşdür. Mükafatlandırma Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təqdim olunmuş zəruri sosial davranış və metodiki göstərişlərə uyğun həyata keçirilib. Qeyd edək ki, mükafatlandırma İsmayıllı rayon Heydər Əliyev Mərkəzinin direktoru Mayıl Fərəcov və İsmayıllı rayon Gənclər və İdman idarəsinin əməkdaşlarının iştirakı ilə həyata keçirilmişdir. Müsabiqədə fəal iştirak etdiklərinə görə digər iştirakçılar diplomla təltif olunmuşdurlar.