03.06.2020
İsmayıllı rayon Heydər Əliyev Mərkəzi və İsmayıllı rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə "28 may-Respublika günü" münasibəti ilə elan olunmuş müsabiqənin qalibləri mükafatlandırılıb. Mükafatlandırma Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təqdim olunan zəruri sosial davranış və sanitar epidemioloji qaydalara, metodiki göstərişlərə uyğun həyata keçirilib. Mükafatlar İsmayıllı rayon Heydər Əliyev Mərkəzinin direktoru Mayıl Fərəcov və İsmayıllı rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov tərəfindən təqdim olunub.