31.05.2020
30 may dahi Azərbaycan satirik şairi Mirzə Ələkbər Sabirin doğum tarixidir. Bu il görkəmli şairin 158 illiyi qeyd olunur.Şamaxı şəhərində yerləşən Mirzə Ələkbər Sabirin ev muzeyinin əməkdaşları şairin məzarını ziyarət ediblər.Həmçinin qeyd edək ki, ev muzeyində çəkiliş aparılmış,muzey əməkdaşları tərəfindən şairin həyat və yaradıcılığı, eləcə də muzey haqqında ətraflı məlumat verilib.