30.05.2020
22-27 may 2020-ci il tarixlərində Şamaxı Tarix Diyarşünaslıq Muzeyinin 28 May Respublika günü münasibəti ilə elan etdiyi "Müstəqillik" adlı şeir müsabiqəsinə yekun vurulub. Belə ki, 28 May Respublika Gününə həsr edilmiş "Müstəqillik" adlı şeir müsabiqəsinə onlayn səsvermə yolu ilə qalib iştirakçılar müəyyən edilmişdir. Birinci yerə Bakı şəhəri 299 saylı məktəbin 3-cü sinif şagirdi Bayram Muhammed,ikinci yerə Şamaxı rayon 9 saylı məktəbin şagirdi Quliyeva Aysel Zaur qızı və üçüncü yerə Şamaxı rayon İnşaatçılar qəsəbə tam orta məktəbin 3-cü sinif şagirdi Xanaliyeva Səbinə Rəşad qızı seçilib. Qaliblər Şamaxı Tarix Diyarşünaslıq Muzeyi tərəfindən koronavirus pandemiyası ilə bağlı elan edilən xüsusi karantin rejimi qaydalarına uyğun olaraq diplom və medalla təltif ediləcəklər. Qalibləri təbrik edir, yeni nailiyyətlər arzulayırıq!