Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Mən də bacararam!”

29.05.2020

1 iyun  bütün dünyada Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd olunur.Bu, təsadüfi deyil, çünki müasir dövrdə uşaqların problemlərinin həlli, onların hüquqlarının qorunması ən aktual məsələrdən biridir. Uşaqların yüksək qayğı ilə əhatə olunması, əlverişli mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, onların şəxsiyyət kimi formalaşması əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Əlamətdar gün münasibəti ilə İsmayıllı Rayon Heydər Əliyev Mərkəzi və İsmayıllı rayon Gənclər və İdman idarəsi “Mən də bacararam!” başlıqlı onlayn yaradıcılıq müsabiqəsi elan edir. Müsabiqəyə əl işlərinin qəbulu 29 may -02 iyun tarixləri aralığında keçiriləcəkdir.Qeyd edək ki, müsabiqədə məktəbəqədər yaşlı uşaqlar və ibtidai sinif şagirdləri iştirak edə bilərlər. İştirakçılar yalnız bir əl işi ilə müsabiqəyə qatıla bilərlər.