Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”28 may -Respublika günü” onlayn rəsm müsabiqəsi başa çatıb.

29.05.2020

"Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan bugünkü Azərbaycan dövləti xalqımızın müstəqillik arzularını gerçəkləşdirdi. Əminəm ki, bizim müstəqillik inkişafımız davamlı olacaq və Azərbaycanın dövlət müstəqilliyi əbədi yaşayacaq".  
                                                                                                                       İlham Əliyev,
                                                                            Azərbaycan Respublikasının Prezidenti.
                                                                       
18-26 may 2020-ci il tarixlərdə İsmayıllı rayon Gənclər və İdman idarəsi  İsmayıllı rayon Heydər Əliyev Mərkəzi ilə  birgə   keçirdiyi   28 May “Respublika Günü” onlayn rəsm müsabiqəsinə yekun vurulmuşdur. 
1918-ci il mayın 28-i hər bir Azərbaycan vətəndaşının milli qürur hissi duyduğu, arzularının çiçək açdığı bir gündür. Əsrlərlə azadlıq və müstəqillik arzusu ilə yaşayan Azərbaycan xalqı ötən əsrin əvvəllərində bu işıqlı may günündə arzusuna qovuşdu. Şərqdə ilk dəfə azad, demokratik, dünyəvi dəyərlərə söykənən müstəqil bir respublikanın yarandığı dünyaya bəyan edildi. 
İsmayıllı rayon uşaqlar və gəncləridə   öz rəsm əsərlərində Respublika Gününün müstəqillik tariximizdə necə əhəmiyyətli bir rola malik olduğunu bir daha ifadə ediblər.Belə ki, 28 May “Respublika Günü”  onlayn rəsm müsabiqəsində öz fikir və duyğularını daha dolğun nümayiş etdirən  iştirakçılar müəyyən edilmişdir. Birinci yerə Mirzəyeva Nəzrin Elnur qızı, 
ikinci yerə  Məmmədova Pəri Səyyaf qızı və  Nəzərli Xədicə  Elməddin qızı, 
üçüncü yerə isə  Qədirova Samirə Pərviz qızı və  Ağayeva Zəhra Amid qızı 
layiq görülmüşdürlər. Qaliblər İsmayıllı rayon Heydər Əliyev Mərkəzi və İsmayıllı rayon Gənclər və İdman idarəsi tərəfindən koronavirus pandemiyası ilə bağlı elan edilən xüsusi karantin rejimi qaydalarına uyğun olaraq diplom və medalla təltif ediləcəklər.
Qalibləri təbrik edir, onlara yeni nailiyyətlər arzulayırıq!