27.05.2020
28 May. Bu gün tariximizə Respublika günü kimi daxil olub. Xalqımız hər il bu günü böyük təntənə ilə qeyd edir. Çünki həmin gün – 1918-ci il mayın 28-də – Gülüstan və Türkmənçay müqavilələrindən sonra müstəqilliyini itirən, yüz ildən artıq müstəmləkə şəraitində yaşayan, mədəniyyəti, dili, dini sıxışdırılan Azərbaycan azadlığa çıxmışdır. 1918-ci il mayın 28-də “İstiqlal bəyannaməsi”ndə Azərbaycanın müstəqil dövlət olduğu elan edilirdi. Artıq bu şanlı tarixdən 102 il ötür. İsmayıllı rayon Mədəniyyət Müəssisələrinin birgə təşkilatçılığı ilə Respublika gününə həsr olunmuş videorolik hazırlanıb. Linkə keçid edərək videonu izləyə bilərsiniz:
https://www.youtube.com/watch?v=p9pkHo7uYcw